“Tarixi Zəfərmizə yol açan Aprel döyüşlərindən 8 il keçir. 2016-ci ilin 2-4 aprel tarixlərində Ermənistanın növbəti təxribatı və yeni ərazilər işğal etmək niyyəti daşıyan lokal hərbi əməliyyatlarda itkilərimiz olsa da, lakin Aprel döyüşləri ilə biz Ermənistan ordusunun məğlubedilməz olduğu mifini darmadağın edə bildik”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Aprel döyüşlərinə nəzər salarkən səsləndirib. O bildirib ki, Aprel döyüşləri 44 günlük Vətən mharibəsində əldə etdiyimiz tarixi qələbəyə gedən yolun başlanğıcı idi:
“Aprel döyüşləri zamanı aldığı ağır zərbədən və uğursuzluqdan nəticə çıxrmayan Ermənistan 2020-ci ilin sentyabrında yenidən ərazi iddiasına düşdü və Azərbaycanın daha bir neçə rayonunu işğal etməyə cəhd göstərdi. Lakin Müzəffər Ali Baş Komandan və onun qalib Ordusu Ermənistanın mənfur planının nəinki qarşısını ala bildi, hətta 30 ilə yaxın işğal altında olan ərazilərimizi düşməndən təmizlədi, tarixi zəfərə imza atdı”.
Arzuman Muradlı qeyd edib ki, bu gün bütün şəhidlərimiz kimi Aprel şəhidlərinin də ruhları şaddır:
“Çünki bu gün Azərbaycan bayrağı bütün suveren ərazilərimizdə dalğalanır, ərazi bütövlüyümüz tam bərpa olunub və uzun illər xalqımıza qarşı törədilən cinayətlər cəzasız qalmayıb”.
Süleyman