Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tatarıstana hücum Qazaxıstandan olub?

Tatarıstana hücum Qazaxıstandan olub?


Rəsmi Astana Nazirliyi Tatarıstan obyektlərinə hücum edən pilotsuz təyyarələrin Qazaxıstan ərazisindən buraxılması ilə bağlı məlumatı təkzib edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi açıqlama yayıb. Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir ki, Qazaxıstan ərazisindən Tatarıstan Respublikasının obyektlərinə hücum edən pilotsuz təyyarələrin buraxılması ilə bağlı bəzi Telegram kanallarında yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bununla bağlı qurum vətəndaşları şayiələrə əhəmiyyət verməməyə və yalnız rəsmi məlumat mənbələrinə istinad etməyə çağırıb.

Nazirlik bəyan edir ki, belə yalan məlumat Qazaxıstan Respublikasını gözdən salmaq məqsədi daşıyır.

Qeyd edık ki, üç pilotsuz təyyarə Tatarıstan ərazisində müxtəlif obyektlərə hücum edib.

Mehman Mehdiyev
Xəbəri paylaş