"Türkiyədəki seçkilərin nəticələri bu ölkənin gələcəyinə ümidləri daha da artırdı. Türkiyə xalqı demokratik seçki keçirmək gücünü və əzmini ortaya qoydu. “İqtidar milli maraqların qoruyucusudur, müxalifət isə onu satmağa hazırdır” kimi cəmiyyəti bölən zərərli düşüncənin üstündən xətt çəkildi. Seçicilər buna siyasilərin bir-birini gözdən salmaq kampaniyası kimi baxdığını bəyan etdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Mütəllim Rəhimli deyib ki, CHP-nin iri şəhərlərdə qələbə qazanması və ümumilikdə seçkidə 1-ci yerə çıxması bu partiyanın gələcəkdə mövqeyini daha da gücləndirəcək:
"Müxalifətin inkişaf dinamikasıni açıq aşkar görmək mümkündür. Bu gələcəkdə parlament və prezident seçkilərində də, sozsüz ki, özünü göstərəcək. CHP-nin bu uğuru AKP üçün ciddi siqnaldır. AKP üçün ən böyük xəbərdarlıq Yenidən Rifah Partiyasınin seçkilərdə topladığı səslərdir. Bu AKP-nin elektoratını itirməsi anlamını verir. AKP-yə istinad edən dini kəsimin, belə görünur ki, artıq ondan narazı qaldığı məqamlar çoxdur. Seçkilərdəki nəticələrə təbii ki, ölkədəki iqtisadi durum, eyni siyasi qüvvənin çoxillik hakimiyyətinin xalqı psixoloji olaraq yorması da rol oynayıb".
Süleyman