Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər Ukraynada 10 min 500-dən çox mülki vətəndaş həyatını itirib.
Newscenter.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk məlumat verib.
O bildirib ki, müharibə müddətində 20 mindən çox insanın isə yaralanıb.
Qeyd edək ki, BMT İnsan Haqları Şurasının 55-ci Sessiyası çərçivəsində "Ukraynada insan haqları" başlığı altında dərc olunan BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) hesabatı ilə bağlı interaktiv dialoq toplantısı keçirilib.
Yığıncaqda video mesajı yayılan Türk, Ukraynada hər gün yaşanan insan iztirabları ilə bağlı ürəkağrıdan hekayələr eşitdiklərini qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi Ukraynada infrastruktura ciddi ziyan vurub.
Mehman Mehdiyev