Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AAYDA-nın “Çağrı Mərkəzi”nə keçən ay 495 zəng daxil olub

AAYDA-nın “Çağrı Mərkəzi”nə keçən ay 495 zəng daxil olub


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) 2024-cü ilin mart ayı ərzində 495 zəng daxil olub.

Newscenter.az xəbər verir ki, zəng edən vətəndaşların 252 nəfərinin müraciəti yerindəcə, 161 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 82 müraciət digər qurumlara yönləndirilib.

Bundan başqa, bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 2 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

Süleyman
Xəbəri paylaş