Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-Aİ-Ermənistan görüşünün nəticələri, ölkəmizə strateji baxımından yaxşı heç nə vəd eləmir

ABŞ-Aİ-Ermənistan görüşünün nəticələri, ölkəmizə strateji baxımından yaxşı heç nə vəd eləmir


Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü keçiriləcək. Sözügedən görüşün region üçün təhdidləri, təhlükələri şübhəsizdir. Bəs görəsən görüşün nəticələri necə olacaq?

Sözügedən görüş barədə fikirlərini Newscenter.az-a bildirən politoloq Mütəllim Rəhimli deyib ki, ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşünün nəticələri, ölkəmizə strateji baxımından yaxşı heç nə vəd eləmir:

"Çox güman ki, Qərb ölkələri Gürcüstanın ardınca Ermənistanın Avropaya inteqrasiyasına əhəmiyyətli dəstək verəcək. Bu isə Ermənistanın iqtisadi cəhətdən getdikcə daha çox çiçəklənməsinə səbəb olacaq. Onsuz da hazırda minimum əmək haqqlarının müqayisəsində Ermənistan heç də Azərbaycandan geri qalmır, əksinə üstələyir. Bütün bunlar isə Rusiyanın yox, ABŞ və Avropa Birliyinin yardımları sayəsində baş verir. Biz yaxın gələcəkdə qarşımızda daxili demokratik mühitini kifayət qədər inkişaf etdirən, Avropa standartlarına cavab verən modern Ermənistan görəcəyik".

Politoloq qeyd edib ki, Ermənistanın siyasi, hərbi baxımdan dəstəklənməsi də onun Azərbaycanla danışıqlarda əlini möhkəmləndirəcək:

"Faktiki olaraq Qərb regionda olan maraqlarını Ermənistanı müttəfiq seçməklə həyata keçirmək xəttini götürdüyünü ortaya qoyur. Ona görə də yaxın gələcəkdə, bəlkə də artıq bu proses başlayıb, ABŞ və Qərb özünün müttəfiqini bütün cəbhələrdə və situasiyalarda müdafiə edəcək, onun əli ilə oyunlar quracaq, müdaxilələr təşkil edəcək".

Süleyman
Xəbəri paylaş