Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Avropa İttifaqının niyyəti saf deyil

ABŞ və Avropa İttifaqının niyyəti saf deyil


Aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşünün keçirilməsi faktiki olaraq Ermənistanın siyasi, hərbi və iqtisadi baxımdan dəstəklənməsini ifadə edir. Baxmayaraq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bunu yalnız Ermənistanın iqtisadi dayanıqlığına, ticarət tərəfdaşlarının şaxələndirilməsinə və humanitar ehtiyaclarının ödənilməsinə həsr olunacağını bildirib. Hətta gündəlikdə digər məsələlər olmasa da, ABŞ və Avropa İttifaqının niyyəti özü saf deyil.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. O bildirib ki, regionda münaqişəli vəziyyətdə olan iki dövlətdən biri ilə ən yüksək səviyyədə danışıqlar prosesini başlamaq avtomatk olaraq digəri üçün ciddi mesaj anlamına gəlir:

"Bu o deməkdir ki, iki ölkə arasındakı problemlərin həllində, xüsusilə, sülh müqaviləsinin imzalanmasında ABŞ və Avropa İttifaqı açıq-aşkar Ermənistanı müdafiə edir. Bu isə regionda davamlı sülhə nail olmağa imkan verə bilməz. Biz Konqresdə 907-ci düzəlişin qəbul olunması ilə ABŞ-nin Ermənistana birtərəfli olaraq dəstək verdiyini, Azərbaycana qarşı isə ədalətsiz münasibətini görmüşük. Hazırkı üçlü görüş bu prosesin davamıdır. Təəssüf ki, Qərb Azərbaycan iqtidarına inanmır və bizim hakimiyyət də Qərbi öz səmimiliyinə inandırmaq istəmir. Ona görə də faktiki olaraq münasibətlərdəki çatlar getdikcə dərinləşməkdədir. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası parlamentində səsvermə hüququndan məhrum edilməsini də nəzərə alsaq, bizim haqq səsimizin yayılma dairəsinin getdikcə daraldığını qeyd edə bilərik".

Süleyman
Xəbəri paylaş