Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Monteneqro Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr baş tutub

Azərbaycan və Monteneqro Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr baş tutub


Podqoritsa şəhərində Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Milislav Raspopoviç rəhbərlik edib.

Bildirilib ki, məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

Qeyd olunub ki, görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib:

"Siyasi məsləhətləşmələr zamanı beynəlxalq, regional məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub. Səfər zamanı F.Rzayev həmçinin Monteneqronun digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib".

Mehman Mehdiyev
Xəbəri paylaş