Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belçika baş nazirinin müavini: Fələstin dövlətini tanımalıyıq

Belçika baş nazirinin müavini: Fələstin dövlətini tanımalıyıq


Belçika baş nazirinin müavini Petra De Sutter ölkəsinin Fələstin dövlətini tanımalı olduğunu bəyan edib.

Newscenter.az xəbər verir ki, De Sutter İspaniyanın yay aylarından əvvəl Fələstin dövlətini tanımağı planlaşdırdığını xatırladıb və ölkəsinin də eyni addımı atması lazım olduğunu deyib.

“Biz müstəqil Fələstin dövlətini və onun Birləşmiş Millətlər Təşkilatına üzv olmaq üçün yeni cəhdini rəsmən tanımalıyıq”,-deyə baş nazirin müavini bildirib.

Qeyd edək ki, İspaniya, İrlandiya, Malta və Sloveniya martın 22-də “düzgün şərtlər” yerinə yetirildikdə Fələstin dövlətini tanımağa hazır olduqlarını bəyan ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş