Qazaxıstanın cəzaçəkmə müəssisələrində məhkumlara işgəncə verilməsi halları ilə bağlı ölkənin Baş Prokurorluğu araşdırmalara başlayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Cinayətin İcrası Sistemi Komitəsinin Qaraqanda və Ulytau vilayətlərindəki 62 saylı müəssisəsində əməkdaşlar məhkumlara işgəncə veriblər.
Rəsmilərin sözlərinə görə, Qazaxıstan Respublikası Milli Qvardiyasının 6505 saylı hərbi hissəsinin əməkdaşlarına qarşı işgəncə faktı üzrə ibtidai istintaq başa çatıb. İstintaqla müəyyən edilib ki, 62 saylı müəssisədə cəza çəkən 11 nəfərə müəssisənin 7 əməkdaşı və hərbi idarənin 4 əməkdaşı işgəncə verib.
İstintaq zamanı şübhəli şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib,
Mehman Mehdiyev