Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dependent şəxsiyyət pozuntusu nədir?

Dependent şəxsiyyət pozuntusu nədir?


Son vaxtlar insanlar arasında meydana çıxan problemlərdən biri də dependent şəxsiyyət pozuntusudur.

Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyib ki, bu kimi insanlar başqaları üçün özlərini ikinci plana atırlar:

"Başqalarına üstünlük verir, özgüvənləri yoxdur və tək qaldıqda ağır problemlər yaşayırlar. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Kiçik yaşlı uşaqlarda böyüklərlə müqavisoda daha qabarıq görülür. Uşaqlıq dövründə xroniki fiziki vastalik keçiron insanlarda irəlidə bu şəxsiyyət tipi yarana bilər".

Psixoloq deyib ki, belə insanların əlamətləri məsuliyyətdən qaçmaq, liderlik rolu verildikdə təşviş keçirmək, itaətkar insan olmaq, tək qalmağı sevməməkdir:

"Bədbındırlər, özgüvənləri yoxdur, passiv fəaliyyətlərə üstünlük verirlər, cinsi və aqressiv duyğularını göstərmə qorxusu var. İş prosesində tez-tez uğursuzluqla qarşılaşırlar, çünki supervayzer olmadan çalışa bilmirlər. Özlərini qoruya bilmirlər".

Anar Əliyev
Xəbəri paylaş