Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan bilərəkdən vəziyyətin gərginləşdirilməsinə doğru gedir

Ermənistan bilərəkdən vəziyyətin gərginləşdirilməsinə doğru gedir


"Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması göz qabağındadır.
Bütün bunların fonunda Naxçıvan istiqamətinə əlavə qoşun qüvvələrinin yığılması və müvafiq döyüş məntəqələri yaradılması, eləcə də Sədərək rayonunun Heydərabad və Şahbuz rayonun Biçənək yaşayış məntəqələrinin hədəf alınması onu göstərir ki, Ermənistan bilərəkdən vəziyyətin gərginləşdirilməsinə doğru gedir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, indiki halda bu cür təzxribatçı addımların atılması həm də Ermənistanı himayə edən qüvvələrin regiona diqqətinin cəlb olunması üçün vacibdir:

"Ermənistan elə təəssürat yaratmağa çalışır ki, sanki bölgədə ciddi qarşıdurma var, atışma gedir, Azərbaycan Ermənistana qarşı təhlükə yaradır. Bununla da Ermənistanı himayə edən qüvvələrin ona daha çox diqqət ayırmasına çalığır".

Böyük müharibə ehtimalına gəldikdə isə, politoloq hesab edir ki, bu gün Ermənistanın Azərbaycanla müharibə aparmaq imkanı yoxdur:

"Düşmən ölkənin bütün hərəkət perimetri və hər bir hərbi obyekti Azərbaycan ordusunun nəzarəti altındadır. Bu baxımdan, istənilən hərbi təxribatda Ermənistanın canlı qüvvəsi və hərbi texnikası Azərbaycan ordusu üçün legitim və asan hədəfə çevriləcək".

Yusif Bağırzadə, "Ermənistan sadəcə ona verilmiş tapşırığa uyğun olaraq təxribatçı davranışları ilə vəziyyətin gərginləşdirilməsini və bu fonda ABŞ və Fransanın hərbi kontingentinin hansısa adlarla regiona yerləşdirilməsini istəyir".

Süleyman
Xəbəri paylaş