Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın gərginlik ocağı olaraq Naxçıvanı seçməsində məqsədi nədir?

Ermənistanın gərginlik ocağı olaraq Naxçıvanı seçməsində məqsədi nədir?


Ermənistan bir neçə gündür ki, Naxçıvan istiqamətində canlı qüvvə və döyüş texnikası cəmləyir. İrəvanın bu təxribatçı əməlinin yeni müharibəyə səbəb olacağı barədə təhlükəli fikirlər səslənməkdədir. Ancaq maraqlıdır ki, bu dəfə İrəvan nədən Naxçıvanı hədəf seçib.

Newscenter.az-ın xəbərinə görə, politoloq Yusif Bağırzadə deyib ki, gərginlik ocağı olaraq Naxçıvan istiqamətinin seçilməsi təsadüfi deyil. Onun sözlərinə görə, burada əsas məsələ Zəngəzur dəhlizi və Kərki kəndi ilə bağlıdır:

"Ermənistan aprelin 5-i ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünə qədər vəziyyətin daha da gərginləşdirilməsini, Azərbaycanın cavab tədbirlərini Ermənistana hücum kimi təqdim etməyi planlaşdırır. Məqsəd ABŞ və Avropa İttifaqından təhlükəsizliklə bağlı dəstək almağa hesablanıb".

Yusif Bağırzadənin sözlərinə görə, məsələnin digər tərəfi ondadır ki, Naxçıvan olduqca strateji bölgədir və bizim Türkiyə qapımızdır:

"Yəni, xüsusilə də Sədərək rayonunun, yəni Azərbaycan-Türkiyə sərhəddinin yerləşdiyi yerin hədəf alınması həm də Qərblə Türkiyə arasında münasibətlərə zərbə vurulmasına hesablanıb. Çünki Ermənistanın bu cür təxribatlarına Türkiyənin də seyrçi qalmayacağı şübhəszidir".

Süleyman
Xəbəri paylaş