“Təəssüflər olsun ki, hələ də ermənilərin mina terroru davam edir və dünya birliyi də bu terroru sakit şəkildə izləyir”.
Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev bu günlərdə Tərtər və Ağdamda baş verən mina partlayışı hadisələrinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, Ermənistan tərəfi hər dəfə Azərbaycana səhv mina xəritələri verir və bu minvalla həm rəsmi Bakını, həm də dünya birliyini aldatmış olur:
“Halbuki müvafiq beynəlxalq təşkilatlar buna görə Ermənistandan hesabat tələb etməlidirlər. Ancaq göründüyü kimi onlar da erməni yalanlarına şərik çıxaraq bu məsələyə heç bir reaksiya vermirlər. Nəticədə isə Azərbaycan vətəndaşları ermənilərin mina terrorunun qurbanına çevrilirlər”.
Anar Əliyev