Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fars molla rejimi ilə Ermənistanın mövqeyi üst-üstə düşür

Fars molla rejimi ilə Ermənistanın mövqeyi üst-üstə düşür


"İranın Azərbaycana qarşı münasibəti hər zaman mehriban qonşuluq və dostluq siyasəti ilə daban-dabana zidd olub. Tehran Azərbaycanın nəninki möhkəmlənməsini, eyni zamanda inkişafını və regional güc olmasını istəmir. Hətta müstəqil dövlət olaraq ayaqda qalmasına təhəmmül etmir. Bu baxımdan fars molla rejimi ilə Ermənistanın mövqeyi üst-üstə düşür".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O deyib ki, Azərbaycanı İsrail və ABŞ-la əməkdaşlıqda ittiham edən Tehran özü Azərbaycana düşmən olan qüvvələrlə illərdir sıx əməkdaşlıq edir, onları maliyyələşdirir:

"İran zaman-zaman öz düşmən xislətini hər fürsətdə aydın şəkildə büruzə verir. İsrail Suriyada İran konsulluğunu raket zərbəsi ilə yerlə yeksan edir, İsrailə adekvat cavab verməyə cürət etməyərək rəsmi şəkildə Azərbaycanı raketlə vurmaqla hədələyir. Bu təkcə iranlı deputatın məsuliyyətsiz açıqlaması deyil, eyni zamanda İranın rəsmi mövqeyidir. İranın ali dini lideri hər çıxışında ABŞ-ı "Böyük şeytan" adlandırır, amma həmin böyük şeytanın qulağının dibində Ermənistanda günü-gündən möhkəmlənməsinə və hərbi əsgəri varlığına susqunluq nümayiş etdirir. "Böyük şeytanın" dostu olan Ermənistanla strateji müttəfiqlik edir. Buna isə ad tapmaq çox çətindir".

AMİP rəsmisinin sözlərinə görə, rəsmi Tehran bilərəkdən anlamaq istəmir ki, hər bir dövlətin özünə dost və müttəfiq dövlət seçməsi onun beynəlxalq hüququdur və milli maraqlarına uyğun tənzimlənir.

Süleyman
Xəbəri paylaş