Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır

Əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır


“Ölkədə əhalinin sosial rifah halının yaxşılaşdırılması, xüsusilə aztəminatlı ailələrin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı olaraq məqsədyönlü addımlar atılır. İldən-ilə artan pensiya və maaşların, ünvanlı sosial yardımların fonunda bunu aydən görmək mümkündür”.

Bu fikirləri Newscenter.az-a “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyinin sədri Suzana Abseynova səsləndirib. O bildirib ki, dövlət başçısı Cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial siyasət cəmiyyətin hər bir təbəqəsini əhatə edir və həyata keçirilən tədbirlər vətəndaşlarımızın gündəlik həyatına öz müsbət təsirini göstərir:

“Cari ilin əvvəlində pensiyaların, eləcə də müxtəlif dövlət qurumlarında çalışan şəxslərin əmək haqqlarının artırılması bunun əyani sübutudur. Şübhə yoxdur ki, cari ilin sonuna qədər ölkədə pensiya və əmək haqqları artırılacaq”.

Süleyman
Xəbəri paylaş