Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatları Rusiyada səfərdə olacaqlar

Milli Məclisin deputatları Rusiyada səfərdə olacaqlar


Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azər Badamov və Mixail Zabelin aprelin 4-də Rusiya Federasiyasının Kalininqrad şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, millət vəkilləri səfər çərçivəsində böyük filosof İmmanuel Kantın anadan olmasıın 300 illik yubileyinə həsr edilmiş “XXI əsrdə həqiqi sülhün və etibarlı təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif siyasi sistemlərə malik dövlətlərin dinc yanaşı yaşaması prinsiplərinin əhəmiyyəti haqqında” dəyirmi masada iştirak edəcəklər.

Səfər aprelin 6-da başa çatacaq.

Süleyman
Xəbəri paylaş