Ermənistan hüquq-mühafizə orqanları Qarabağ ermənisi Sarqis Qalstyanı həbs edib.
Newscenter.az news.am-a istinadən bildirir ki, Sarqis Qalstyan Xankəndidə yaşayıb və o, martın 29-da Ermənistana köç edənlərdəndir.
Sarqis Qalstyan casusluqda ittiham olunur.
Onun barəsində həbs qətimkan tədbiri seçilib. Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib ki, o, həyat yoldaşı ilə birlikdə Ermənistana köçüb.
Lakin saxlanılan şəxsin həyat yoldaşı Marqarita Şahnazaryanın da saxlanılıb-saxlanılmaması ilə bağlı suala aydınlıq gətirilməyib.
Anar Əliyev