Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Qələbə Günü paradından imtina etdi

Qazaxıstan Qələbə Günü paradından imtina etdi


Qazaxıstan Vətən Müdafiəçiləri Günü (7 May) və Qələbə Gününə həsr olunmuş hərbi paraddan imtina edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qeyd edilən günlərlə bağlı ölkədə parad keçirilməyəcək.

Qeyd edək ki, Qazaxıstanda iki ildə bir dəfə hərbi parad keçirilir. Qazaxıstan ordusunun gücü sonuncu dəfə 2018-ci ildə təqdim edilib. 2020-ci ildə parad koronavirus pandemiyası səbəbindən ləğv edildi.

2022-ci ildə hərbi parad keçirilməsə də, Respublika Silahlı Qüvvələrinin yaradılmasının 30 illiyi münasibətilə hərbi xidmətin imicinin və nüfuzunun yüksəldilməsinə yönəlmiş hərbi-vətənpərvərlik tədbirləri tə.kil edilib.

Anar Əliyev
Xəbəri paylaş