Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsmi Moskva: Ermənistan ABŞ-nin ən yaxın müttəfiqlərinin aqibətini unutmamalıdır

Rəsmi Moskva: Ermənistan ABŞ-nin ən yaxın müttəfiqlərinin aqibətini unutmamalıdır


Rəsmi İrəvan beynəlxalq aktorlarla müxtəlif formatlarda görüşlər təşkil edərkən Vaşinqtonun ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını yaddan çıxarmamalıdır.

Newscenter.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının efirində aprelin 5-də Avropa İttifaqı-ABŞ-Ermənistan formatında keçirilməsi planlaşdırılan görüşə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aprelin 5-nə planlaşdırılan “Ermənistana kömək və dəstək” konfransı ABŞ-də prezident seçkiləri fonunda təşkil olunur:

“Yadda saxlamaq lazımdır ki, bu görüşlər ABŞ-də növbəti seçki dövrü fonunda keçirilir. ABŞ Prezidenti Cozef Bayden və liberal demokratların rəhbərliyi ilə Ağ Evin beynəlxalq siyasətinin tamamilə iflasa uğraması fonunda ən azı müəyyən nəticələrə ehtiyac var. Bu nəticələr haradadır? Bəlkə Yaxın Şərqdə? Xatırladım ki, eyni şəkildə Ağ Ev, Avropa İttifaqı (Aİ) ilə Brüssel, lakin ilk növbədə Vaşinqton münaqişə tərəflərindən biri üçün müttəfiqlikdən daha böyük anlam kəsb edən ölkəyə yəni kuratora çevrilir. Amma eyni zamanda münaqişənin digər tərəflərinə öz ədalətli vasitəçiliyini vəd edərək, regiondakı yaranmış vəziyyətlə bağlı məsuliyyət daşıyır. Bu, dünyanın yaxın tarixdə bilmədiyi və xatırlamadığı faciə ilə nəticələndi”.

Zaxarova xatırladıb ki, ABŞ Yaxın Şərqdəki vəziyyətə görə məsuliyyət daşıyır: “Məhz Ağ Ev beynəlxalq vasitəçilər kvartetini məhv edən və ölkələri beynəlxalq hüquqi bazanı, Təhlükəsizlik Şurasının qətnamələrini, Yaxın Şərqdəki vəziyyəti həll etmək üçün beynəlxalq formatda hazırlanmış digər materialları unutmağa məcbur edib”.

Ağ Evin bu regionda vasitəçiliyini qeyd edən M.Zaxarova əlavə edib ki, Ermənistan ABŞ-nin ən yaxın müttəfiqlərinin aqibətini yaddan çıxarmamalıdır.(report)
Xəbəri paylaş