Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərhədə ordu yığmaq hər halda təxribatlara şərait yaradır

Sərhədə ordu yığmaq hər halda təxribatlara şərait yaradır


"Ermənistanın öz sərhəddində döyüş texnikası toplaması ancaq müdafiə xarakteri daşıya bilər. Ermənistanın Azərbaycana hücum məqsədli planlarının olması cəfəngiyyatdan başqa bir şey deyildir. Ermənistan 5 apreldə Brüsseldə gözlənilən ABŞ-Aİ-Ermənistan konfransı öncəsi təxribatların qarşısını almaq üçün öz fikrincə ehtiyat tədbirləri görür. Müharibə ehtimalı olacaq heç bir məntiqi durum yoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, ancaq sərhəddə ordu yığmaq hər halda təxribatlara şərait yaradır:

"Hansı məqsədlə yığılmasından asılı olmayaraq risklər mövcuddur. Çünki Ermənistan ordusunda 5-ci kolon mövcuddur və onlar müxtəlif təxribatlar törətmək gücündədir".

Politoloq deyib ki, 5 aprel ABŞ-Aİ-Ermənistan görüşündən sonra Qərb Ermənistanı Rusiyanın əlindən qurtarmaq üçün ilk növbədə Azərbaycanla sülh bağlanması məsələsini sürətləndirəcək:

"Bununla yanaşı, Ermənistanın Rusiyadan asılılığının aradan qaldırılması üçün Rusiyanın əlində olan nəqliyyat-infrastruktur, iri müəssisələrin geri alınması üçün maliyyə yardımı edilməsini təmin edəcək. Ermənistanın
qaza olan təlabatı da hələlik bir müddət sonra Gürcüstan üzərindən Azərbaycan vasitəsi ilə ediləcəyi proqnoz ediləndir. Sonralar birbaşa sərhəddən qaz xətləri çəkiləcək. Hesab edirəm ki, Rusiyanın bu planlara qarşı reaksiyasından çox şey asılı olacaq. Proqnozları Rusiyanın açıq müdaxiləsi və ya oyunları poza bilər".

Süleyman
Xəbəri paylaş