Aprel ayı üçün son 68 ilin ən aşağı temperaturu İsveçdə qeydə alınıb.
Newscenter.az xəbər verir ki ən aşağı temperatur Norrbotten bölgəsindəki Kiruna şəhərinin Nikkaluokta qəsəbəsində -34,5 dərəcə şaxta ilə qeydə alınıb.
Meteoroloq Erik Höjgard Olsen ölkədə əvvəlki ən aşağı temperaturun isə 1956-cı ildə Västerbotten bölgəsindəki Myrheden şəhərində -31,6 dərəcə ilə qeydə alındığını bildirib.
İsveçdə yağan güclü qar yol qəzalarına və uzun avtomobil növbələrinə səbəb olub.
Polis və bələdiyyə qrupları Qərbi Götaland bölgəsi və Jönköping şəhərində magistral yollarda qapalı qalan avtomobilləri xilas etmək üçün intensiv işə başlayıb.
Mehman Mehdiyev