Türkiyənin Şırnak vilayətində yürüş və açıq hava toplantıları 15 gün müddətinə qadağan edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə açıqlamanı Şırnak Valiliyi verib. Açıqlamada nümayişlərin, yürüşlərin və açıq hava toplantılarının 15 gün müddətinə qadağan edildiyi qeyd olunub.
Açıqlamada həmçinin bildirilib ki, aprel ayından etibarən digər proqramlar istisna olmaqla, dövlət qurum və təşkilatlarının təşkil etdiyi proqramlar, rəsmi bayram və idman yarışları da 15 gün müddətinə qadağan edilib.
Həmçinin, bu müddət ərzində şəhər mərkəzi və rayonlararası Şırnak şəhər mərkəzinə toplu şəkildə giriş-çıxış da 15 gün müddətinə bağlanıb.
Mehman Mehdiyev