Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Üç şər qüvvəyə” qarşı birlikdə müqavimət göstərmək lazımdır

“Üç şər qüvvəyə” qarşı birlikdə müqavimət göstərmək lazımdır


"Ötən il dünyada regional və yerli səviyyədə 183 münaqişə baş verib. Münaqişələrin sayı təqribən 30 faiz artıb. Bu, son otuz ildə ən yüksək göstəricidir".

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev deyib.

Dövlət başçısı deyib ki, münaqişələrin və zorakılıq aktlarının qlobal silsiləsi. tam sürətlə davam edir:

"Eyni zamanda beynəlxalq terrorizm təhlükəsi də artır”, - deyə Kasım-Jomart Tokayev bildirib.

Tokayev qlobal münaqişələrə səbəb olanları, eləcə də terror törədənləri şər qüvvələr kimi xarakterizə edib. Qazaxıstan prezidenti qeyd edib ki, “Üç şər qüvvəyə” birlikdə müqavimət göstərmək lazımdır.

Dövlət başçısının sözlərinə görə, bu yaxınlarda Moskva vilayətində çoxlu sayda mülki şəxsin həyatını itirdiyi faciə göstərdi ki, terrorçular zorakılığın ən qəddar və pis üsullarından istifadə edirlər.

Anar Əliyev
Xəbəri paylaş