Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdəki münaqişə təhlükəsizliyi pozan ciddi amilə çevrilir

Yaxın Şərqdəki münaqişə təhlükəsizliyi pozan ciddi amilə çevrilir


"Yaxın Şərqdəki münaqişə təhlükəsizliyi pozan ciddi amilə çevrilir. Onun faciəvi nəticələri dinc əhaliyə ağır təsir göstərib".

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu ölkə prezidenti Qasım-Jomart Tokayev deyib. Onun sözlərinə görə, regionda sabitliyə böyük ziyan dəyib:

"Münaqişənin qarşısını almaq üçün yüksək səviyyəli diplomatiya lazımdır. Çünki vəziyyət daha da gərginləşir. Ümumiyyətlə, beynəlxalq vəziyyətin gərgin olduğunu söyləmək olar".

Tokayevin sözlərinə görə, Əfqanıstan ərazisinin beynəlxalq terror qruplaşmalarının yuvasına çevrilməməsi üçün Əfqanıstandakı vəziyyətə xüsusi diqqət yetirilməlidir.

Mehman Mehdiyev
Xəbəri paylaş