"Azərbaycanda nə autizmli, nə də digər xüsusi qayğıya ehtiyacı olan şəxslər özlərini yalnız hiss etmirlər. Biz hər zaman bu şəxslərin yanında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı görür, hər bir problemin həllində onun dəstəyini hiss edirik. Mehriban xanım Əliyevanın xüsusi diqqətində olan autizm spektrli və daun sindromlu uşaqların reabilitasiyası üçün müvafiq mərkəzlərin yaradılması, onların cəmiyyətə inteqrasiyası üçün mühüm işlər həyata keçirilir".
Newscenter.az xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, uşaq evləri və internat məktəblərinin sakinlərinə, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, ehtiyacı olan hər bir vətəndaşa diqqət və qayğı nümayiş etdirən Mehriban xanım bu şəxslərə tək olmadıqlarını öz əməlləri ilə sübut edir və etməkdədir:
"Nəcib əməlləri, humanistliyi, xeyirxahlığı ilə insanlara sevgi, mərhəmət, xeyirxahlıq, yardım etmək kimi hiss və bacarıqları aşılayan Mehriban xanım Əliyeva gördüyü saysız-hesabsız xeyirxah əməlləri ilə milyonların qəlbini fəth edib, insanların böyük sevgisini qazanıb və bizlərə örnəkdir.
Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya autizm spektli pozuntusu olan uşaqlara və digər xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərdiyi diqqət və qayğısına görə sonsuz minnətdarlığımı bildirirəm!
İncə, zərif çiyinlərində daşıdığı çox ağır yüklərə hər zaman güc gəlməsi üçün Uca Tanrıdan Mehriban xanıma can sağlığı, uzun ömür və gözəl günlər diləyirəm", deyə Jalə Əhmədova vurğulayıb.
Jalə Əhmədova onu da diqqətə çatdırıb ki, bütün dünyada aprel ayı autizm haqqında maarifləndirməyə həsr edilir:
"Azərbaycanda da insanların autizm mövzusunda maarifləndirilməsi istiqamətində hər il müxtəlif silsilə tədbirlərin keçirilməsi artıq bir ənənə halını alıb. Belə ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək və diqqətin artırılması sahəsində dövlətimiz ilə yanaşı, ictimai təşkilatlar və ayrı-ayrı mütəxəssislər tərəfindən də böyük maarifləndirmə işləri aparılır ki, təbii olaraq görülən bütün bu işlər də təqdirlə qarşılanır.
Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq deyə bilərəm ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də autizm müasir dövrün ən qlobal problemlərindən biridir".
Süleyman