"Vaşinqton Brüssellə birlikdə Ermənistana dəstək vermək məqsədilə xüsusi olaraq görüş keçirir. Görüşün xüsusilə də indiki ərəfədə keçirilməsi onu deməyə əsas verir ki, bu görüş Ermənistanı iqtisadi və siyasi baxımdan Rusiyanın asılılığından qurtulmaq məqsədi daşıyır".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, əslində Ermənistanla indiki görüş sadəcə olaraq bu ölkəni hazırlamaq üçün tövsiyələr və prinsiplər çərçivəsində atılacaq addımları özündə əks etdirəcək:
"Bütün bunlar Rusiya üçün siyasi baxımdan ikinci cəbhə xətti xarakteri hesab edilə bilər desək daha doğru olar. Bundan Ermənistan hakimiyyəti öz xeyrinə minimum istifadə etməyə çalışacaq. Sözsüz ki, Azərbaycanla arasında olan mübahisə və münaqişə yarada bilən məsələlərdə bu görüşdə əldə etdiyi avantajlardan istifadə edə bilər və hər zaman olduğu kimi sonda yenə də Azərbaycan tərəfinin və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq addımlar atmağa məcbur qalacaqdır".
Ekspert deyib ki, bu günkü görüşdə əldə olunan nəticələr və müzakirələr əsas niyyəti ortaya çıxaracaq:
"Əgər görüşdə iqtisadi inkişaf və digər sahələrə investisiya və yardımlarla bağlı müzakirələrə əlavə olaraq Ermənistanın təhlükəsizliyi və müdafiəsi istiqamətində müzakirələr aparılsa və Ermənistanın silahlandırılmamasına dair razılığa gəlinsə, bu birbaşa ölkəmizə qarşı aparılan çirkin planların həyata keçirilməsi istiqamətində görüş hesab edilməlidir".
Anar Əliyev