Ermənistan işğal altında olan Azərbaycan kəndlərini azad etməyə maraqlı görünmür. Elə Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da bunu açıq şəkildə ifadə edib. O Ermənistanın xəritəsini yayaraq Azərbaycana hərhansı bir kənd verilməyəcəyini qeyd edib. Həmçinin deyib ki, anklav olmayan dörd kənd Azərbaycan sərhəddindədir.
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda revanşistlər və keçmiş prezident Serj Sarkisyan dörd kəndin Azərbaycana verilməsinin əleyhinədir və bu amildən N.Paşinyana etirazın formalaşmasına çalışırlar:
"Məhz dörd kəndin Ermənistana məxsus olduğunu vurğulanır. Ona görə də Armen Qriqoryan xəritə üzərində dörd kəndin Ermənistana aid olmadığını açıq şəkildə qeyd edir".
Politoloq deyib ki, Ermənistan dörd kəndlə bağlı Brüssel görüşü fonunda geri çəkilmişdi:
"Azərbaycanın təzyiqləri nəticəsində məsələ yenidən gündəmə gəldi və Yerevan bu dörd kəndin Azərbaycana məxsus olduğunu növbəti dəfə ictimaiyyətə açıqladı.
Hazırda dörd kəndin qaytarılmasının vaxtı dəqiqləşməlidir. Brüssel görüşündən sonra Ermənistanın mövqeyi tam aydın olacaq. Rusiya dörd kəndin Azərbaycana verilməsinin əleyhinədir. Brüssel görüşü fonunda Yerevanın dörd kəndlə bağlı açıqlaması göstərir ki, bu kəndlər Azərbaycana qaytarılacaq. Amma, qarşı tərəfin şərtləri var. Bu şərtlər növbəti hərbi eskalasiyaya gətirib çıxara bilər".
Süleyman