Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi Alyansın XİN rəhbərləri Türkiyədə toplanacaq

Hərbi Alyansın XİN rəhbərləri Türkiyədə toplanacaq


Türkiyənin İsveçin NATO-ya üzvlüyünə "yaşıl işıq" yandırmasından sonra Hərbi Alyansla Ankara arasında münasibətlər bir qədər də istiləşib. Artıq NATO əvvəlki illərdən fərqli olaraq özünün bir sıra tədbirlərini də Türkiyədə keçirməyə maraqlıdır. Belə tədbirlərdən biri də Hərbi Alyansa üzv ölkələrin xarici siyasət rəhbərlərinin görüşüdür.

Newscenter.az Türkiyə Xarici İşləR Nazirliyinə istinadən bildirir ki, NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının Türkiyədə keçirilməsi barədə ilkin razılıq əldə edilib. Məlumata görə, Hərbi Alyansa üzv ölkələrin xarici işlər nazirləri 2025-ci ildə Türkiyədə bir araya gələcəklər.

NATO-ya üzv ölkələrin XİN rəhbərlərinin Türkiyə toplantısı qeyri-rəsmi formatda baş tutacaq.

Anar Əliyev
Xəbəri paylaş