"Amerikanın Ermənistan üzərindən Cənubi Qafqaza aktiv nüfuz etməsi fonunda region dövlətlərində olan narahatlığın əsas səbəbi ABŞ-ın bu regiona ancaq qarşıdurma gətirə biləcəyi gerçəyinə inanmalarıdır. Amerikanın bundan narahatlıq keçirən ölkələrin gözündə görünən odur və imici elədir ki, bu ölkələr Azərbaycan da daxil hesab edirlər ki, biz bu regionda Amerikasız da yaşaya bilərik",
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki. Amerika getdiyi yerə həmişə dağıntılar, qan aparıb:
"İlk baxışda onlara haqq vermək olur. Bu, həqiqətən görüntüdə belə olub, indi də belə görünür. Amma bunun səbəblərinin dərindən analizi də onu göstərir ki, Amerikanın hər hansı regiona gəlişinin qanlı nəticələri olduğunu bildikləri halda elə həmin region ölkələrinin vətəndaşları arasında Amerikanın gəlməsini istəyən qüvvələr olub, indi də vardır. Niyə? Məsələ onda deyil ki, onlar hansısa dağıdıcı proseslər istəyirlər, məsələ bunun arxasında Qərb dəyərləri ilə yaşamağı seçən, demokratik cəmiyyət istəyən insanların nə yolla olursa-olsun öz istəklərinə çatması arzusu dayanır. Hesab etmək olar ki, bu, təbii istəkdir və bu yolda mübarizə aparmağa dəyər".
Azər Qasımov deyib ki, qeyd edilənlər fonunda region dövlətlərindən İranın reaksiyası daha çox maraq doğurur:
"İlk baxışda düşmən olan İran və Amerika çox vaxt bir-birilərini görməzdən gəlirlər. Hesab etmək olar ki, bu, danışıqlı siyasətin nəticəsidir. Cənubi Qafqaz regionunda isə bu xüsusi əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, İran üçün Amerikanın Cənubi Qafqaza gəlməsi öldürücü olmalıdır, amma İran buna ciddi reaksiya göstərmir. Əslində İran öz sərhəddində Amerikanı görməyə çoxdan alışıb. Bu, İraqda on illərdir belədir, eləcə də, ərəb ölkələrində. Onlar həmişə bir-birilərinin qırmızı cizgilərini gözləyirlər. Hesab edirəm ki, Cənubi Qafqaz regionunda da bu belə olacaq. İran Amerikanı görməzdən gələcək, Amerika da İrana yönəlik hansısa addımlar atmayacaq".
Süleyman