Yaxın vaxtlarda qeyri-hökumət təşkilatları rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil olunacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev verib
PA rəsmisi deyib ki, QHT rəhbərlərinin bu dəfəki səfəri qısamüddətli deyil, bir neçə gün davam edə bilər:
"Məqsədimiz budur ki, ən azı 3 günlük bir səfər təşkil edilsin və həmin 3 gün müddətində QHT rəhbərlərinin yol xərci, yemək və qalmaq problemləri qarşılansın".
Tural Əliyev onu da deyib ki, həmin müddət ərzində QHT rəhbərləri işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərlə görüşüb onlara öz xidmətlərini təklif etsinlər.
Süleyman