"Terrorla mübarizədə NATO-ya üzv ölkələr Türkiyəni tam və qeyd-şərtsiz dəstəkləməli və terrorla mübarizədə Türkiyənin yanında olmalıdır".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Onun sözlərinə görə, bəzi NATO-ya üzv ölkələr, Suriyada olduğu kimi, “müvəqqəti” maska altında da olsa, terror təşkilatları ilə əməkdaşlıq etməməlidir:
“Bu, NATO alyansının ruhuna tamamilə ziddir”.
Hakan Fidan deyib ki, Avropa ölkələrinin illərdir susduqları terror təşkilatı PKK indi onların öz küçələrində terror törədir:
"Onların indi bunu görmələri əslində bizim üçün təəccüblü deyil".
Mehman Mehdiyev