Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ ermənilərinin bank kreditleri bağışlanacaq

Qarabağ ermənilərinin bank kreditleri bağışlanacaq


Dağlıq Qarabağdan Ermənistana köçmüş ermənilərin kreditlərinin bağışlanması nəzərdə tutulur.

Newscenter.az armenpress-ə istinadən bildirir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan deyib. Onun sözlərinə görə, həmçinin girov predmeti olan qızıl-zinət əşyalarının geri qaytarılması proseduru da hazırlanıb.

Ovannisyan bu qəbildən olan 6000-ə yaxın insanın qızıl əşyalar müqabilində kredit götürdüyünü, onların bir hissəsinin Dağlıq Qarabağdan köç zamanı banklar tərəfindən artıq borcalanlara verildiyini deyib.\

Nazir deyib ki, bunun üçün həmin şəxs ərizə ilə müraciət etməlidir və ərizə əsasında hər bir fərdi şəxslə girovun qaytarılması və bağışlanması ilə bağlı müqavilə imzalanacaq.

Nazirin sözlərinə görə, söhbət 2,5 milyon dramdan çox olmayan girovla verilən kreditlərdən gedir.

Anar Əliyev
Xəbəri paylaş