Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Özbəkistan dəmir yolu sektorunda birgə müəssisə yaradacaq

Qazaxıstan və Özbəkistan dəmir yolu sektorunda birgə müəssisə yaradacaq


Qazaxıstan və Özbəkistan dəmir yolu sektorunda birgə müəssisə yaradacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə razılıq Qazaxıstan prezidenti Qasım Jomart Tokayevin Özbəkistana səfəri zamanı bu ölkənin prezidenti Şavkat Mirziyoyevlə görüşü zamanı əldə edilib.

Bildirilib ki, yaradılacaq birgə müəssisə əsas diqqəti Trans-Əfqan marşrutunun inkişafına yönəldəcək. Bu layihə ikitərəfli ticarəti stimullaşdıracaq və yükdaşımaların həcmini artıracaq, həmçinin cənub istiqamətində yükdaşımaların artırılması üçün əlverişli şərait yaradacaq.

Danışıqlar zamanı dövlət başçıları Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin qorunması məsələsinə də xüsusi diqqət yetiriblər.

Eyni zamanda, Mərkəzi Asiya dövlətləri başçılarının növbəti altıncı məşvərət görüşünə hazırlığın gedişi, həmçinin C5+ formatında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Anar Əliyev
Xəbəri paylaş