Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qumar oyunları mərkəzləri və əxlaqsızlıq yuvası aşkar edilib

Qumar oyunları mərkəzləri və əxlaqsızlıq yuvası aşkar edilib


Qazaxıstanda yeraltı məkanlarda qumar oyunları mərləzləri və əxlaqsız yuvaları aşkar edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sözügedən qeyri-qanuni fəaliyyət sahələri gecə saatlarında yalnız məhdud sayda Çin vətəndaşları üçün nəzərdə tutulub.

Axtarış nəticəsində 76 oyun aparatı, 43 oyun stolu, qumar oyunlarının təşkili üçün zəruri olan xeyli texniki avadanlıq, 60 min yuan aşkar edilib.

Faktla bağlı ibtidai istintaq davam edir. Cinayət Məcəlləsinin 201-ci maddəsinə əsasən, cinayət işi açılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş