Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya, Türkiyə və İran heç bir halda Cənubi Qafqazda baş verənlərə sükutla keçən deyil

Rusiya, Türkiyə və İran heç bir halda Cənubi Qafqazda baş verənlərə sükutla keçən deyil


"Brüssel görüşü bağlı ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidentinə telefon açması və onun ardınca Avropa Komissiyasının Prezidentinin telefon görüşməsi və dövlət başçısına görüşün ölkəmizə qarşı olmadığını, Ermənistanla bağlı iqtisadi faktorları əhatə edən bir görüş olduğunu İlham Əliyevə bildirmələri bir daha burada Rusiya faktorunun olmasını net şəkildə təsdiq edir. Rusiya öz növbəsində olub bitənlərə seyrici qalan deyil və Ermənistana qarşı əlində olan təsiredici vasitələrdən istifadə etmək üçün müəyyən addımlar atacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, bu da o anlama gəlir ki, bölgə uğrunda ABŞ və Rusiya arasında mübarizə özünün pik həddinə gətiriləcək:

"Bölgə dövlətlərinin bununla bağlı konkret olaraq mövqeləri hələ ki, yoxdur. Amma, istər Rusiyanın,istərsə də İranın və Türkiyə də daxil ABŞ -ın və Avropa İttifaqının bölgəyə daxil olmasını pisləyən və hətta bununla bağlı Ermənistan hakimiyyətinə müəyyən xəbərdarlıqlar edən bəyanatlar səsləndirib. Hər şey görüşün nəticələrinə bağlıdır. Rusiya, Türkiyə və İran heç bir halda Cənubi Qafqazda baş verənlərə sükutla keçən deyil. Ermənistanı iqtisadi baxımdan Rusiyanın asılılığından azad etmək mümkün deyil. Əslində Ermənistan anlamalıdır ki, ABŞ -ın bölgəyə gətirilməsi İranı da narazı salacaq. Burda ən əsas məsələlərdən biri də Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması istiqamətində zəruri addımların atılması lazımdır və bu addımlar xüsusi əhəmiyyət daşıyır".

Anar Əliyev
Xəbəri paylaş