Nəhayət ki, gözlənilən Brüssel görüşü baş tutdu. Ekspertlərin qənaətincə, sözügedən görüş Rusiya tərəfindən sakit qarşılanmayacaq və tezliklə Moskva İrəvana qarşı sərt ritorikanı işə salacaq. Elə politoloq Məhəmməd Əsədullazadə də belə düşünür.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, ABŞ Ermənistan və Avropa İttifaqı üçtərəfli görüşündə bu ölkəyə maliyyə yardımı ayrılması razılaşdırıldi:
"Bu kiçik bir rəqəmdir. Ortalama 400 milyon dollar vəsait ayrılmadi. Bu maliyyə yardımı görüntü üçün idi. Bu görüşdə Ermənistan rəhbərliyinə təhlükəsizlik və siyasi dəstək verilməsi razılaşdirılib. Ermənistan ordusuna dəstək veriləcək. Nəticədə, Ermənistan rəhbərliyi Rusiyanın orbitindən çıxmaq üçün proseslərə başlamalıdır".
Məhəmməd Əsədullazadə deyib ki, Rusiya və Ermənistan arasında yeni gərginlik mərhələsi başlayacaq:
"Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin bağlanması gəlincə isə, bu ölkədə yeni konstitusiya nə vaxt qəbul edilsə, bağlana bilər".
Süleyman