Türkiyədə yeni əskinazlar dövriyyəyə buraxılır.
Newscenter.az Türkiyə Respublikası Mərkəzi Bankına (TCMB) istinadən bildirir ki, yeni əskinazlar 200 TL və 50 TL-lik olacaq.
Hazırda dövriyyədə olan E9 Emissiya Qrupu əvvəlki buraxılış pul nişanları ilə müqayisədə VIII-dir. 200 TL-lik əskinaslardakı imzaları Mərkəzi Bankın rəhbəri Dr. Fatih Karahan və vitse-prezident Dr. Osman Cevdet Akçay tərəfindən yazılacaq.
Sözügedən əskinaslar üzərindəki imzalar istisna olmaqla, ölçülərinə, ön və arxa tərkibinə, ümumi keyfiyyətinə və görünüşünə görə əvvəlki seriyalarla tamamilə eynidir. Yeni pul nişanları əskinasların əvvəlki seriyası ilə birlikdə dövriyyədə olacaq.
Natiq Orucov