ABŞ nüvə triadasının bu komponentinin modernləşdirilməsi layihəsinin həyata keçirilməsi ilə bağlı mövcud problemlərə baxmayaraq, yerüstü qitələrarası ballistik raketlərdən (ICBM) imtina etmək niyyətində deyil.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plum bildirib. O deyib:
"Biz nüvə triadasının modernləşdirilməsinə sadiqik, bu, dəyişməyəcək. Hər hansı gecikmələr olarsa, o zaman biz onların hansı risklərə səbəb ola biləcəyini öyrənməliyik. Biz triadanın tərkib hissələrindən birini tərk etməyəcəyik”, - Pentaqon rəsmisi bildirib.
O, etiraf edib ki, Vaşinqtonun ən böyük narahatlığı ən son Kolumbiya sinifli nüvə sualtı qayıqlarının tikintisi ilə deyil, yeni nəsil ICBM-lərin yaradılması üçün Sentinel proqramı ilə bağlıdır.
Mehman Mehdiyev