İsrail və İran arasında gedən münaqişənin onilliklərlə tarixi var. İki ölkə bütün dönəmlərdə qarşılıqlı təhdidlər və təhqirlər işlədiblər. İndi isə münaqişə klassik soyuq muharibə formatından çıxaraq daha çox aktiv müharibə mərhələsinə keçir. Bunun səbəbləri fərqli olsa da, ən əsas səbəb kimi ABŞ prezidenti Co Bayden administrasiyasının Yaxın Şərq siyasəti ilə bağlı olduğunu və məhz hadisələrin ordan qaynaqlandığını qeyd etmək olar. Hər iki ölkə birbaşa qarşıdurmaya hazırdır.
İsrail hökuməti ABŞ ordusunu da bu müharibəyə cəlb etmək istəyir. İran isə öz növbəsində Çin və Rusiyanın ona bu müharibədə yardım edəcəklərini düşünür. Bu ölkələrin qatılma ehtimalı olan müharibə, sözsüz ki, üçüncü dünya müharibəsinin başlanmasına səbəb olacaqdır. İstər Rusiya və Ukrayna müharibəsi olsun, istərsə də İsrail və Fələstin müharibəsində ABŞ kənarda görünsə də gedən müharibələrin tam mərkəzində yer alıb.
Ola biləcək hər hansı müharibənin yenə də mərkəzində ABŞ-ın olması net şəkildə görünür. Cənubi Qafqazda sabitliyin qorunub saxlanması və ya qalıcı sülhün əldə olunması üçün Azərbaycan hökumətinin və digər region ölkələrinin səylərinə qarşı olaraq, ABŞ hökumətinin Cənubi Qafqazda pozuculuq siyasətini həyata keçirilmək üçün Ermənistanı yenidən silahlandırmağa qərar verməsi və yenidən ölkəmizə qarşı işğalçılıq və separatçı rejimin qurulmasına imkan yaradan amillərin məhz ABŞ və Qərbin səyləri nəticəsində baş verməsini görürük.
Bütün bunlar separatçılara ümüd verir və ABŞ -ın bu addımları Cənubi Qafqazı yenidən qana boyamasına hesablanıb. ABŞ və İsrail İrandan mümkün hücumların olması ehtimalını nəzərə alaraq hərbiçilərini yüksək hazırlıq vəziyyətinə gətiriblər və ehtiyyatda olan əsgər və zabitlər hava hücumundan müdafiə bölmələrinə çağrılıb. İranın zərbələr endirməsi ehtimalı yüksəkdir və ABŞ kəşfiyyatı məlumatı təsdiqləyib. Xatırladaq ki, aprelin 1-də İsrail İranın Dəməşqdə yerləşən səfirliyi yaxınlığına zərbələr endirmişdi və nəticədə 13- nəfər səfirlik əməkdaşı həyatını itirib. Bununla bağlı İran qisas alacağını bildirib. Baş verə biləcək müharibə region üçün yaxşı heç bir şey vəd etmir və ölkəmiz açısında biz bu müharibənin əleyhinəyik.
Çingiz Şahbazi-siyasi ekspert
Newscenter.az