"Amerika-Avropa İttifaqı-Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli konfransın səsi Azərbaycanla şərti sərhəddən gəldi. Vaşinqton və Brüsseldən dəstək qazanan Ermənistan yenidən şərti sərhəddə yenidən təxribata əl ataraq sülh prosesinə sadiq olmadığını, müharibə tərəfdarı olduğunu bir daha sübuta yetirdi".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqülamasında yer alıb. Analitik Qrup hesab edir ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı bu görüşlə Cənubi Qafqazda kövrək sabitliyin pozulmasına vəsilə oldular:
"Hər iki güc mərkəzinin dəstəyi fonunda Ermənistanın Azərbaycana qarşpı təxribatlarının daha da artacağı, hətta bunun ciddi qarşıdurma, yeni bir müharibə dərəcəsinə gəlib çıxacağı istisna deyil. Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin sistemli şəkildə atəşə tutulması da belə deməyə əsas verir".
Anar Əliyev