Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail-İran qarşıdurması ola bilərmi?

İsrail-İran qarşıdurması ola bilərmi?


"İsrailin Dəməşqdə İran konsulluğuna hücumu və 11 İran hərbçi və konsulluq əməkdaşının ölümündən sonra yaranan durumu iki ölkə arasında ciddi və açıq qarşıdurmanın başlanğıcı kimi xarakterizə etmək olar. Hər iki ölkə qarşılıqlı təhdidlər fonunda hücum görüntüləri sərgiləyir. İranın ballistik raketlərinin yerdəyişməsinin görüntüləri yayılıb. Normal durumda bu, müharibə anlamına gəlir, amma İsrail və İranın münasibətlərindəki qəribəliklər və gizli nüanslar olmasa idi. İranın bu günə kimi təhdidlərinin sözdən o tərəfə keçmədiyini nəzərə alsaq, hesab etmək olar ki, bu gərginlik də görüntü xatirinədir".

Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, heç bir ciddi qarşıdurma gözlənilmir:

"Məsələ ondadır ki, İsrailin hücumundan günlər keçir. Əslində qarşılıq vermək istəyən İran gərək bu günə kimi çoxdan dediyini etməli idi. Məsələn, İranın Pakistan sərhəddinə etdiyi hücumdan saatlar keçməmiş Pakistan İran ərazisinə cavab zərbələri ilə cavabını verdi. Azərbaycan əsgərlərinə olan hücuma görə dərhal Ermənistan hərbi postunun külünü göyə sovurdu, əsgərimizə güllə atılan postun beş əsgərini yerindəcə məhv etdi. Amma İran hələ fikirləşir. Bu "fikirləşmək" qarşı tərəflə razılaşdırılmış cavab reaksiyasının planlaşdırılması mıqsədi daşıyır. Amerikanın Süleymanini məhv etdikdən sonra İran və ABŞ arasındakı danışıqlardan sonra İranın etdiyi g9stərməlik hücum kimi.
Hesab edirəm ki, razılıqların nəticəsinə əsasən, eyni zamanda, ABŞ-la məsləhətləşmədən sonra məsləhət bilinən əraziyə hücum edilə bilər. İranın İsrailə həqiqətən hücum etməsi nağıllar aləmində belə olmur, nəinki reallıqda olsun".

Süleyman
Xəbəri paylaş