Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşüb.
Newscenter.az xəbər verir ki, M.Cabbarov bu barədə "X" hesabında paylaşım edib.
"Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşdə ölkəmizdə güləşə dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələr qeyd olundu. Azərbaycanda təşkil olunan mötəbər idman yarışlarının vacibliyinə toxunaraq, hazırda Bakıda keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin önəmini vurğuladıq", - deyə AGF prezidenti bildirib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan yarış aprelin 7-də başa çatacaq.
Mehman Mehdiyev