"Dövlət bir nəfəri də diqqətsiz qoymur. Hamıya maddi və digər yardımlar göstəriləcək. Maddi xərclər tam ödəniləcək".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu ölkə prezidenti Qasım-Jomart Tokayev sel daşqınları ilə bağlı xalqa müraciətində deyib.
Dövlət başçısı deyib ki, seldən müvafiq nəticələr çıxarmalıyıq:
"Yəni, boşluqları düzəltmək, müvafiq dərslər götürmək lazımdır. Fəlakətlərin qarşısının alınmasındakı çatışmazlıqdan tutmuş bir çox məsələləri həll etmək vacibdir. Su təsərrüfatı mütəxəssislərinin çatışmazlığı, təbiətə etinasızlıq və s. hallar aradan qaldırılmalıdır".
Tokayev onu da deyib ki, hökumət və yerli icra orqanları daşqınlara qarşı mübarizəni səmərəli əlaqələndirməlidir:
"Su basmış ərazilərdə qanuni qayda-qanun təmin edilməlidir”.
Prezident hökumətə dövlət maddi ehtiyatından xalqa kömək etmək üçün istifadə etməyi tapşırıb:
"Həmçinin hökumət təcili olaraq xərclərin ödənilməsinin effektiv yollarını nəzərdən keçirməlidir. Verilən kompensasiya itkiləri tam ödəməlidir. Vəziyyəti daha mürəkkəb olan bölgələrdə işi koordinasiya etmək üçün göstəriş verəcəm. Hökumət üzvləri bölgələrə getdəcəklər və vəziyyət düzələnə qədər orada olacaqlar".
Anar Əliyev