Qazaxıstanın 10 vilayətində fövqəladə vəziyyət elan edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb ölkədə baş verən sel daşqınlarıdır.
Məlumata görə, daşqınlar son 80 ilin ən böyük təbii fəlakətidir.
Fövqəladə vəziyyət elan edilən vilayətlər Abay, Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulıtau vilayətləridir.
Məlumat üçün qeyd edək ki, daşqınlar nəticəsində sözügedən vilayələrdə evləri su basıb, əhali nisbətən təhlükəsiz yerlərə təxliyyə edilib.
Mehman Mehdiyev