Qəzzada həlak olanların sayı hər ötən gün artır.
Belə ki, İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 33 min 137 nəfərə yüksəlib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyi yayıb.
Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 46 fələstinlinin həyatını itirdiyi, 65 fələstinlinin isə yaralandığı bildirilib. Məlumatda o da bildirilib ki, Qəzzada epidemik xəstəliklərdə artım var
Qəzzada epidemik xəstəliklərdə artım var.
Dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
Anar Əliyev