Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyalı səfir: "NATO-ya mütləq cavab veriləcək"

Rusiyalı səfir: "NATO-ya mütləq cavab veriləcək"


"NATO-nun nüvə silahı Finlandiya ərazisində görünsə, Rusiya mütləq cavab verəcək".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov deyib.

Səfir bildirib ki, Rusiya Finlandiya hökumətinin bu sahədə mümkün qərarlarına reaksiya verməyə bilməz:

"Bu hərəkətlərin təhlükəsizliyimizə yaradacaq real təhdidlərdən asılı olaraq konkret addımlar hazırlanacaq. Finlər başa düşməyə bilməzlər ki, belə ciddi təxribatçı addım Rusiya tərəfi tərəfindən cavabsız qalmayacaq”.

Səfir deyib ki, Finlandiya hakimiyyəti 2025-ci ilin yazında “ilk növbədə milli mülki enerjinin maraqlarına, xüsusən də mini atom elektrik stansiyalarının tikintisinə” uyğun olaraq, nüvə enerjisi haqqında qanuna dəyişiklik etmək üçün qanun layihəsinə baxmağı nəzərdə tutur.

Anar Əliyev
Xəbəri paylaş