Ermənistan regionda gərginlik yaratmaq istəyini açıq şəkildə ortaya qoydu. Hər halda bu ölkənin Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə üçtərəfli konfrans keçirib onlardan dəstək alması belə deməyə əsas verir. Ekspertlər hesab edirlər ki, Ermənistanın Amerikanı regiona gətirməsi daha çox İranı narahat etməli olduğu halda, fars-molla rejimi buna heç bir reaksiya vermir. Əksinə ilk növbədə Tehran bununla bağlı Ermənistana ciddi xəbərdarlıq etməli idi. Çünki Amerikanın regionda möhkəmlənməsi İsrailin Cənubi Qafqazda olması deməkdir. Elə politoloq Məhəmməd Əsədullazadə də belə düşünür.
Newscenter.az-ın xəbərinə görə, politoloq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan İlham Əliyevin dəmir yumuruğunu deyəsən yaddan çıxarıb:
"Başa düşmür ki, cənab İlham Əliyev belə zarafatları xoşlamır. Ermənistan indi də Hindistanın kinolarındakı kimi əldəqayırma silahlarına arxayın olub, ordusunu Zəngəzura toplayır. Bir neçə gündür İran da Ermənistana silah daşıyır və dəstək verir. İsrailin raketləri Tehranı hədəf alanda ayılacaqlar ki, düşməni Arazın o tayında deyil, öz yanında axtarmaq lazımdır".
Anar Əliyev