Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə daha bir avtobus qəzası, 16 yaralı

Türkiyədə daha bir avtobus qəzası, 16 yaralı


Türkiyədə daha bir avtobus qəzası baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu dəfə hadisə Düzce vilayətində qeydə alınıb.

Düzcenin Beyköy qəsəbəsində avtobusun işıq dirəyinə çırpılması nəticəsində 16 nəfər xəsarət alıb.

Xəbər üzərinə bölgəyə jandarma, xilasetmə və sağlamlıq qrupları sövq edildi.

Qəzada yüngül xəsarət alan 16 nəfər xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqədar bölgədə nəqliyyatın hərəkətində problem yaranıb. Avtobusun ərazidən uzaqlaşdırılmasından sonra hərəkət normallaşıb.

Anar Əliyev
Xəbəri paylaş