Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali təhsil müəssisələrində tələblərin müəllimləri qiymətləndirməsi nə dərəcədə doğrudur?

Ali təhsil müəssisələrində tələblərin müəllimləri qiymətləndirməsi nə dərəcədə doğrudur?


Tələbələrin böyük əksəriyyəti dərs deməyən, pedaqoji prosesə diqqətlə yanaşmayam səviyyəsiz, hörmətsiz, havayı qiymət yazan müəllimləri yüksək səviyyədə dəyərləndirirlər. Bu proses obyektiv xarakter daşıyırmı?

Newscenter.az-ın xəbərinə görə, ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, bu proses obyektiv xarakter daşımır. Onun sözlərinə görə, belə olan halda Universitetlərdə tələblərin mövcud reallıqlar daxilində müəllimləri qiymətləndirməsi prosesinin təşkil olunması absurddur:

"Çünki, kim özünə nələr yaxud kimlər sərf edirsə onu yüksək qiymətləndirirlər. Əksinə düzgün dərs keçən, obyektiv müəllimlər mənfi qiymətlərə layiq görülürlər. Məsələnin ən acınacaqlı tərəfi layiqli olanlar layiqsiz, layiqsiz olanlar layiqli səviyyəyə qaldırılırlar. Təhsilalanların təhsilverənlər haqqında obyektiv mövqe nümayiş etdirə biləcəklərinin düşünənlərin savaddan, elmdən, təhsildən və.s ümumiyətlə xəbərləri yoxdur!".

Anar Əliyev
Xəbəri paylaş